Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Kamilə Əliyeva: Defektoloqların çoxunun bu peşəyə heç aidiyyəti yoxdur
Millət vəkili defektoloqlarla bağlı məsələdən narazılığını ifadə edib.
Oxu.Az-ın məlumatına görə, millət vəkili Kamilə Əliyeva Milli Məclisin (MM) Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsində çıxışı zamanı bildirib ki, ölkədə defektoloq kimi işləyənlərin, fəaliyyət göstərənlərin çoxunun bu sahəyə aidiyyəti yoxdur:
“Onların çoxunun defektoloqluqdan xəbərləri, anlayışları belə yoxdur. Haradasa gedib 5-6 ay kurs keçib, sertifikat alıb gəlirlər və deyirlər ki, biz defektoloquq. Bu, düzgün deyil. Bu məsələdə ciddi nizam-intizam olmalıdır. Bu, elə-belə peşə deyil. Bununla kimsə özfəaliyyət şəklində məşğul ola bilməz. Bununla məhz ixtisaslı şəxslər məşğul olmalıdırlar. Odur ki, müzakirəsini apardığımız qanun layihəsində də bu məsələ çox ciddi şəkildə öz əksini tapmalıdır”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
Oxu.Az yeniləndi!
"Milli Məclis" teqi üzrə xəbərlər
- ƏHALİNİN NƏZƏRİNƏ: İpoteka kreditlərinin ilkin ödənişi azaldılır?
- Milli Məclisin deputatları Ədliyyə Nazirliyinin Probasiya xidmətində olublar
- Ermənistan ordusu mövqelərimizi niyə davamlı atəşə tutur? - SƏBƏBLƏR AÇIQLANDI
- Vüqar Bayramov: "Mediasiya prosesinə daha çox sahələrin cəlbinə zəmin yaranıb"
- Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı bayram münasibətilə təbrik edib