"İşimizdə nöqsanlar, qüsurlar da var".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev 1 Oktyabr Azərbaycan prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 107-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.
O bildirib ki, bu nöqsanlar üzərində işləyirik, fikir mübadiləsi aparırıq:
"Həmin səhvlərinin aradan qaldırılması üzərində işləyirik".