Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Kamran Məmmədyarov: "Ağ Şəhərdə kommunikasiya xətləri sıfırdan çəkilib"
"Ağ Şəhərdə inşa edilən iki bina beynəlxalq ekoloji sertifikatlaşdırma təşkilatından (BREEAM) sertifikat alıb".
Oxu.Az xəbər verir ki, bu sözləri Bakıda təşkil edilən COP 29 iqlim tədbirində, Yaşıl Zonada Bakı Ağ Şəhər layihəsinin təqdimatını həyata keçirən aparıcı memar Kamran Məmmədyarov deyib.
O xatırladıb ki, vaxtı ilə Qara Şəhər Bakının ekoloji cəhətdən ən yararsız, neft və neft tullantıları ilə çirklənmiş ərazisi olub.
"Lakin Prezidentin sərəncamından sonra ərazinin təmizlənməsinə başlanıldı. Ağ Şəhərin paytaxtımızın digər yaşayış məkanlarından fərqi ondan ibarətdir ki, burada kommunikasiya xətləri sıfırdan çəkilib, demək olar ki, bütün yolların kənarında ağaclar əkilib, böyük parklar, yaşıllıq zonaları salınıb".
Memar BREEAM sertifikatının özəlliklərinə də toxunub:
"Sözügedən sertifikat enerjidən az istifadə edilən, enerji tələbatının minimuma endirildiyi binalara verilir. Həmçinin bu binalarda istifadə edilən su emal edilərək yenidən istifadəyə verilir. Bir sözlə, biz ekoloji problemli ərazini tullantılardan təmizləyərək ekoloji cəhətdən insanlar üçün yaşanıla bilən əraziyə çevirməyi bacarmışıq".
Daha çox foto burada: PhotoStock.az
Şəhriyar Səmədov
"COP29" teqi üzrə xəbərlər
- Əli Əsədov: "Gürcüstanın iqlim dəyişiklikləri ilə mübarizədəki töhfəsini yüksək qiymətləndiririk"
- Nazir: "Azərbaycan və Gürcüstan müstəqil siyasət həyata keçirir"
- "Franklin Templeton" aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biridir
- İlham Əliyev türkiyəli aktyoru təltif etdi
- Nigar Məmmədova: "Ərəb dünyası ilə münasibətlərin dərinləşməsi ölkəmizə dividendlər qazandırır"
Rəylər