Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Eco Hub" Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi COP29-da yan tədbir təşkil edib
COP29 çərçivəsində Milli QHT Forumu Pavilyonunda "Eco Hub" Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi "Ekoloji məsələlərin həllində əməkdaşlıq: şirkətlərin ətraf mühit fəaliyyətlərində QHT-lərin rolu" mövzusunda yan tədbir keçirib.
Oxu.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın katibi, sözügedən İctimai Birliyin sədri Tükəzban Ağababayeva məqsədin ekoloji problemlərin həllində QHT-lərin vacib rolunu geniş auditoriyaya çatdırmaq və şirkətlərin ekoloji siyasətlərində QHT-lərlə əməkdaşlığın əhəmiyyətini önə çıxarmaq olduğunu deyib.
Yan tədbirdə "Azərbaycanın ekoloji məsələlərinin həllində dövlət-özəl sektor tərəfdaşlığı", "Dairəvi iqtisadiyyat: Azərbaycanda tullantıların effektiv idarəedilməsinə birgə yanaşmalar", "Su resurslarının təhlükəsizliyi - suyun dayanıqlı idarəedilməsi üçün tərəfdaşlıqlar" adlı panel müzakirələr təşkil olunub, ətraflı fikir mübadilələri aparılıb.
Tədbirdə korporativ sosial məsuliyyət (KSM) proqramları çərçivəsində ətraf mühit fəaliyyətlərini gücləndirmək üçün praktiki həll yolları təklif olunub və bu əməkdaşlığın uzunmüddətli sosial-iqtisadi təsirləri vurğulanıb.
Mərahim Nəsib
"COP29" teqi üzrə xəbərlər
- "Bolt Business": Azərbaycanda korporativ səfərləri yeni səviyyəyə qaldırır
- "ACWA Power" 2024-cü ilin "Fəal Xarici Şirkəti" adına layiq görülüb
- Azərbaycanın beynəlxalq mövqeyi necə gücləndi? - Xarici siyasətdəki uğurların səbəbi
- Prezident Arzu Əliyevanı təltif edib
- Prezident Leyla Əliyevanı təltif edib