Kanala düşən 16 yaşlı yeniyetmədən 36 gündür xəbər yoxdur.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə Füzuli rayonun Kərimbəyli kəndi ərazsində qeydə alınıb.
Qeyd olunub ki, Nihad Nağızadə kanalın yanında oturan zaman ehtiyatsızlıqdan suya düşüb. Həmin anlar yaxınlıqda olan obyektin kamerasında qeydə alınıb. Valideynlər dərhal aidiyyəti qurumlara məlumat verib. Lakin uşaq hələ də tapılmır.
Uşağın tapılması üçün kanalın suyu birgünlük dayandırılıb. Amma texniki səbəbdən axtarışları aparmaq mümkün olmayıb.
Çarəsiz qalan ailə indi həmin kanalın suyunun yenidən dayandırlımasını, axtarışların aparılmasını istəyir.
Ətraflı süjetdə: