Baku TV Vətən müharibəsi şəhidi Ülvi Hüseynov haqqında reportaj hazırlayıb.
Azərbaycan Ordusunun kapitanı olan Ülvi Hüseynov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı snayper gülləsi nəticəsində şəhid olub.
Şəhidin atası Möhsün Hüseynov onun qəhrəmanlığından danışaraq deyib ki, Şuşa uğrunda döyüşmək oğlunun arzusu olub.
"Ülvi bir gecədə neçə-neçə yaralı döyüş yoldaşını çiynində daşıyaraq xilas edib. Müharibə vaxtı bir gün görüblər ki, Ülvi yoxdur. Zəng edib bu barədə xəbər veriblər. Cavab verilib ki, o, əsir düşməz, mütləq qayıdacaq. Bir neçə saat sonra Ülvi içi yemək və sursatla dolu maşınla geri qayıdıb", - deyə M.Hüseynov söyləyib.
Şəhidin anası Ülkər Hüseynova isə oğlunun öz hərbi geyimi, bayrağı ilə fəxr etdiyini vurğulayıb:
"Vətənini o qədər sevirdi ki, şəhid olanda onun ürəyinin başından Azərbaycan bayrağı tapıldı. Birinci Qarabağ müharibəsində qardaşım da şəhid olub. Oğlum torpaqlarımızın azad olunması uğrunda döyüşərək onun da qisasını aldı".
Daha ətraflı videosüjetdə:
Baku TV Vətən müharibəsi şəhidi Ülvi Hüseynov haqqında reportaj hazırlayıb.
Rəylər