Bu foto Şəkidəki tarixi məkanda – Karvansarayda çəkilib, fotoreportyor və bloger Mehman Hüseynov tərəfindən sosial şəbəkələrdə paylaşılıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, fotoda tarixi məkanda alt və üst paltarlarının sərildiyi (böyük ehtimalla yuyulduqdan sonra qurumaq üçün) görünür.
Görüntü sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi tənqid edilib.
Doğrudan da maraqlıdır: o paltarlar kimindir və niyə məhz tarixi binada sərilib?
