Bu gün sosial şəbəkələrdə Bakıda yüksək sürətlə hərəkət edən “Gallendvagen” markalı avtomobilin sürücüsünün aztəminatlı ailələri təhqir edən görüntüləri yayılıb.
Bu barədə DİN-dən Oxu.Az-a daxil olan məlumatda qeyd edilib.
Bildirilib ki, bununla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin sürücünün 1985-ci il təvəllüdlü Samid Bağırov olması müəyyən edilərək saxlanılıb.
S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.
O, əməlindən peşman olduğunu qeyd edərək üzrxahlıq edib.
Bu gönderiyi Instagram'da gör17:24
Bakıda aztəminatlı şəxsləri təhqir edən “Gelandewagen” sürücüsü barədə araşdırma aparılır.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.
16:25
Bakıda “Gelandewagen” idarə edən şəxs aztəminatlı şəxsləri təhqir edib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, sürətlə avtomobil idarə edən şəxs ətrafdakılara təhqiredici ifadələr işlədib: “Çəkil, yetim kasıb, bədbəxt, səhər yeməyi yeməyib günorta yeməyinə duran adamlar. Dağılışın!”.
Görüntülərdə həmin şəxsin təhlükəsizlik kəmərindən istifadə etmədiyi və avtomobili yüksək sürətlə idarə etdiyi aydın görünür.
Həmin görüntüləri təqdim edirik:
Aqil Vəlili"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- 2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
- Cəbrayılda minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun ailə üzvləri imiş - Foto/Video
- Psixotrop dərman qalmaqalı olan bağçanın direktoru işdən çıxarıldı
- Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib - Foto/Video
- Sabunçuda lombarddan 22 min manatlıq oğurluq edilib
Digər xəbərlər