Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Kayrat Sarıbay: "Qadınların hüquq və imkanlarının genişləndirilməsi təkcə ədalət məsələsi deyil"
"Qadınların hüquq və imkanlarının genişləndirilməsi təkcə ədalət məsələsi deyil, həm də davamlı inkişaf üçün strateji zərurətdir. AQEM Qadınlar Şurasının yaradılması institusional qarşılıqlı fəaliyyət platforması olacaq".
Oxu.Az xəbər verir ki, bunu təşkilatın baş katibi Kayrat Sarıbay Bakıda keçirilən AQEM-in Biznes Şurasının 8-ci plenar sessiyası zamanı bildirib.
Baş katib qeyd edib ki, universitetlərin tərəfdaşlıq şəbəkəsi gənc tədqiqatçıların kiçik və orta biznesin inkişafına cəlb edilməsi üçün istifadə edilə bilər.
Məhərrəm Əliyev
Ən çox oxunanlar