Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Keçən il 10 mindən çox şəxsin Azərbaycana girişi məhdudlaşdırılıb
Ötən il İnzibati Xətalar Məcəlləsinin və Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə 10 min 48 nəfərə ölkə ərazisinə girişin məhdudlaşdırılması qərarı verilib.
Bu barədə Oxu.Az-a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.
Belə ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı 2 min 440, Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulma ilə bağlı 7 min 608 qərar qəbul edilib.
Bunlardan 7 min 256-sı Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinin tələblərini pozmasına görə (Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmədən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş şəxs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödəmədikdə), 352-si Miqrasiya Məcəlləsinin digər maddələrinin tələblərinin pozulmasına görə olub.
"İnzibati Xətalar Məcəlləsi" teqi üzrə xəbərlər
- İşçinin iş vaxtından artıq işlədilməsi QANUN POZUNTUSU hesab ediləcək
- Azərbaycanda dəmir yolunda qaydaların pozulmasına görə cərimələr artırılır
- "Medera Hospital" və daha səkkiz şirkət əmək hüquqlarını pozub - Məhkəməyə müraciət edildi
- Ehtiyatda olan hərbçilər yaşayış yerini dəyişərkən məlumat vermədikdə cərimə olunacaqlar?
- Xudayar Yusifzadənin anasını təhqir edən bloqer HƏBS OLUNDU