Piyada keçidinin uçması nəticəsində bağlanan yol açılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı deyib.
Məlumata əsasən, hazırda avtomobillərin sərbəst hərəkəti bərpa olunub. Hadisə yerinə “Azəryolservis” ASC-nin əməkdaşları da cəlb olunub. Gecə saatlarına kimi ərazidəki yoldan keçidin uçub-qopmuş hissələri yığışdırılıb.
Qeyd edək ki, ötən gün saat 18.40 radələrində Bakı-Salyan şosesində, Şıx ərazisində, “Min bir gecə” istirahət mərkəzinin yaxınlığında yükqaldırıcı kran yerüstü piyada keçidinə dəyib, nəticədə keçid uçub.
Elvin Əhmədov
www.oxu.az