Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Keçirilməyən imtahanlar necə tənzimlənəcək? - DİM sədri açıqladı
“Mart və aprel aylarında olan imtahanlar keçirilmədiyi üçün imtahan qrafiki üzərində yenidən iş aparılır və yaxın 10 gün ərzində ictimaiyyətə bu barədə məlumat veriləcək”.
Oxu.Az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə pandemiya dövründə qurumun fəaliyyəti, təxirə salınan imtahanlar, gələcək işlər və digər məsələlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, imtahanın keçirilməsi qrafiki Nazirlər Kabineti yanında operativ qərargahın qərarı əsasında tənzimlənəcək:
“Biz sanitar-gigiyena qaydalarına əməl etməli, insanların sağlamlığını qorumalıyıq. İmtahanda iştirakçılar və idarə edənlər üçün təhlükə yaratmamalıyıq. İmtahanda sanitar-gigiyena təhlükəsizliyini təmin etməliyik. Bu qaydalar qərargahdan alınıb, ona uyğun imtahan qrafiki tərtib ediləcək”.
İlhamə Əbülfət
"Dövlət İmtahan Mərkəzi (DİM)" teqi üzrə xəbərlər
- Tural Əhmədov: "TKTA-nın sifarişi ilə DİM tərəfindən iki imtahan keçirilib"
- Abiturientlərə qanunsuz cihaz satan şəxsə cəza verildi
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işləmək istəyənlərin NƏZƏRİNƏ
- DİM taksi sürücüləri üçün imtahan keçirib
- Azərbaycanda Qiymətləndiricilər Palatasının təsis yığıncağı keçirilib, sədr seçilib
Rəylər