Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Keçmiş arvadını öldürmək istəyən iranlının məhkəmə prosesi keçirilib
Həmyerlisi olan həyat yoldaşını öldürmək istəyən İran İslam Respublikasının vətəndaşı Tabaraki Mehdi Rasoulun məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən Mehdi Tabarakinin anket məlumatları dəqiqləşdirilib.
Qeyd edək ki, məhkəmə prosesində tərcüməçi də iştirak edib. Məlum olub ki, Mehdi Tabaraki ali təhsillidir, əvvəllər məhkum olunmayıb, milliyətcə farsdır, İranın Şiraz şəhərindəndir.
Cinayət işində zərərçəkmiş qismində Beydekabi Seyedeh Morteza tanınıb. Zərərçəkmiş hazırda İranda olduğundan məhkəmə prosesinin hazırlıq iclasında iştirak etməyib. Sonra təqsirləndirilən şəxsin vəkili müvəkkili barədə qətimkan tədbirinin dəyişdirilməsi, cinayət işində olan sübutların bəziləri saxta olduğundan işin ibtidai istintaq orqanına qaytarılması və ümumiyyətlə, cinayət işinə xitam verilməsi ilə bağlı 3 vəsatət verib. Vəkil izahını belə əsaslandırıb ki, işin tədqiqatçısı Fazil Osmanov həm hadisənin şahidi olub, həm də ilkin olaraq işi təhqiqatçı kimi araşdırıb.
Dövlət ittihamçısı Rauf Malışov cinayət işinin materialları ilə tanış olmadığına görə vəsatətlərə münasibət bildirməyib və məhkəmədən vaxt istəyib. Həbs qətimkan tədbirinin dəyişdirilməməsini təklif edib.
Məhkəmə prosesinin hazırlıq iclası 23 yanvar tarixinə kimi təxirə salınıb.
İttiham aktına görə, 2024-cü ilin aprelində Mehdi Tabaraki həmyerlisi olan keçmiş həyat yoldaşını avtomobildə öldürmək istəyib. Hadisə Bakının Nərimanov rayonunda qeydə alınıb. Belə ki, qadın uşağı atasına göstərmədiyi üçün Mehdi Tabaraki bıçağa əl atıb.
Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi
- Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?
- Məhkəmədə qatil və mərhumun anası ÜZ-ÜZƏ
- Milyonluq cinayət: Uşaqların müalicə pulunu mənimsəməkdə ittiham olunan qadınlar hakim qarşısında
- Balaxanıda qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Rəylər