Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Yevlaxda idarəetmədən çıxan avtomobil AŞDI - Xəsarət alan şəxsin son vəziyyəti açıqlandı
Yevlax rayonunun Əkşəm kəndi yaxınlığında idarəetmədən çıxaraq aşan avtomobildə xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 16-sı, saat 18:00-da yol-nəqliyyat hadisəsi ilə əlaqədar bir nəfər (kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"1989-cu il təvəllüdlü pasiyentə kəllə-beyin travması, alt çənənin kəsilmiş yarası diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil olan şəxs ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Yevlaxda idarəetmədən çıxan avtomobil yol kənarındakı yulğun kolluğuna düşüb.
Oxu.Az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Əkşəm kəndi yaxınlığında baş verib.
İdarəetmədən çıxan "Hyundai" markalı avtomobilin qəzaya uğraması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1989-cu il təvəllüdlü sürücü Vüsal Bəliyar oğlu Bəşirli ətrafdakıların köməyi ilə maşından çıxarılaraq xəstəxanaya çatdırılıb.
Kəllə-beyin travması, həmçinin çənə nayihəsindən kəsik xəsarəti alan yaralının müayinə və müalicəsi davam edir.
Həmin görüntüləri təqdim edirik: