Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Keçmiş hakim Lətif Nəbiyev azadlığa buraxıldı
Dələduzluqda təqsirli bilinərək 4 il 6 aylıq həbsə məhkum edilmiş keçmiş məhkəmə hakimi Lətif Nəbiyev vaxtından əvvəl azadlığa buraxılıb.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Xəzər Rayon Məhkəməsi belə qərar qəbul edib.
Məhkum şəxs hökm qanuni qüvvəyə minəndən sonra zərərçəkmişlərə dəymiş ziyanı tam ödəyib, onlarla barışıq əldə edib. Bundan əlavə, cəzadan azad edilmək üçün dövlət büdcəsinə ziyanın 25 faizi qədər ödəniş də edib.
Hakim Emin Rüstəmov bunu nəzərə alaraq qanunun müvafiq maddəsinə əsasən qərar verib.
Qərara əsasən, Lətif Nəbiyev vaxtından əvvəl cəza çəkmədən azad edilib. O, cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Qeyd edək ki, L.Nəbiyev Bakı Apellyasiya Məhkəməsinin və Suraxanı Rayon Məhkəməsinin hakimi işləyib. Bir neçə nəfərin külli miqdarda pulunu dələduzluqla ələ keçirdiyi üçün 3 il əvvəl həbs edilmişdi.
"Bakı Apellyasiya Məhkəməsi" teqi üzrə xəbərlər
- Ləğv edilmiş bankın əməkdaşı olmuş şəxs barəsindəki bəraət hökmü DƏYİŞDİRİLDİ
- Keçmiş hakim azadlığa buraxıldı, 214 min manatlıq ziyanı ÖDƏMƏDİ - YENİDƏN məhkəmə qarşısına çıxacaq
- Azərbaycanda ilin hakimləri bəlli oldu
- "Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi" işçi qrupunun növbəti iclası keçirilib
- Hipermarketə silahlı basqın etməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar verilib