Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Keçmiş səfir Yaşar Əliyev dəfn olunub - YENİLƏNİB
Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyev dəfn olunub.
“Report” xəbər verir ki, mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və dövlət rəsmiləri iştirak ediblər.
14:07
Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyevlə vida mərasimi keçirilib.
“Report” xəbər verir ki, mərhumun Bakıdakı evində təşkil olunan vida mərasimində ailə üzvləri, Milli Məclisin deputatları və dövlət rəsmiləri iştirakı ediblər.
Qeyd edək ki, Y.Əliyev dekabrın 8-də vəfat edib.
Y.Əliyev 1948-ci ildə Bakıda anadan olub. O, Milli Məclisin I və II çağırış üzvü, parlamentin sədr müavini, Azərbaycan Ali Sovetinin sədr müavini olub.
Bundan əlavə, Y.Əliyev Azərbaycanın Çindəki (2002–2011) səfiri vəzifəsində çalışıb. Həmin dövrdə Azərbaycanın Vyetnam, Cənubi Koreya, Şimali Koreya və Monqolustandakı (2004-2011) səfiri vəzifəsini də yerinə yetirib.
Rəylər