Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycanın Çindəki keçmiş səfiri vəfat edib
Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyev 75 yaşında vəfat edib.
“Report”un xəbərinə görə, tanınmış diplomat bu gün axşam saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, Yaşar Əliyev 1948-ci ildə Bakıda anadan olub.
Milli Məclisin I və II çağırış üzvü, Azərbaycan Milli Məclisinin sədr müavini, Azərbaycan Ali Sovetinin sədr müavini olub.
Həmçinin Azərbaycanın Çindəki (2002–2011) səfiri vəzifəsində çalışıb. Həmin dövrdə Azərbaycanın Vyetnam, Cənubi Koreya, Şimali Koreya və Monqolustandakı (2004-2011) səfiri vəzifəsini də yerinə yetirib.
"Cənubi Koreya" teqi üzrə xəbərlər
- Cənubi Koreyanın nəhəng şirkətləri Rusiyaya qayıtmağı planlaşdırırlar
- Yer yarıldı, içinə girdi: Seulda dəhşətli hadisənin ANBAAN kadrları
- Cənubi Koreyada yanğınları söndürməyə gedən helikopter QƏZAYA UĞRADI: Ölənlərin sayı artıb
- Cənubi Koreyada Rusiya gəmisi yanıb: Ağır yaralılar var
- Cənubi Koreyada meşə yanğınları: Ölənlər var, 1500 nəfər təxliyə edilib
Ən çox oxunanlar