Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ceyhun Bayramov estoniyalı həmkarı ilə danışıb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə telefon danışığı baş tutub.
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı regionda hazırkı proseslər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri müzakirə mövzusu olub.
Nazirlər ikitərəfli siyasi dialoqun intensivləşməsinin və qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar.
C.Bayramov Azərbaycan-Ermənistan normallaşma prosesinin perspektivləri, eləcə də son dövrlər bölgədə sülh və sabitliyə, iki ölkə arasında etimad yaradılmasına xidmət edən addımlar barədə qarşı tərəfə məlumat verib. Cari ilin sentyabr ayında bölgədə aparılan antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin ərazilərimizdə mövcudluğuna son qoyulmasından sonra sülh prosesində real irəliləyişlər əldə edilməsi üçün geniş potensialın mövcud olduğu diqqətə çatdırılıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Əli Əsədov Qahirədə Yaxın Şərqdəki böhrana həsr olunmuş xüsusi sessiyada iştirak edib
- Azərbaycan 2024-2026-cı illər üzrə AQEM-ə Sədrlik edəcək
- XİN başçısı: "Ermənistandan qətiyyətli addımlar gözləyirik"
- XİN başçısı: "Araz çayı üzərində körpü tikintisi davam edir"
- Azərbaycan XİN rəhbəri: "Sülh müqaviləsinin mətni üzrə bəlli irəliləyişlər əldə edilib"