Kəlbəcər rayonunda baş vermiş qəzada həlak olan "N" saylı hərbi hissənin giziri İlahə Şahverdiyeva bir il əvvəl gənc oğlunu itiribmiş.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Qeyd edilib ki, İlahə Şahverdiyevanın atası Rəsul Şahverdiyev 1995-ci ildə Qarabağ uğrunda döyüşlərdə şəhid olub. Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.
Həlak olan gizir Milli Qəhrəman İsrafil Şahverdiyevin qardaşı qızıdır.
Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, "Nissan Pathfinder" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə sürücü 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyeva həlak olub.
Hadisənin təfərrüatı araşdırılır.
Əldə edilən məlumata görə, qəzaya düşərək həlak olan İ.Şahverdiyeva hərbçidir. O, "N" saylı hərbi hissədə gizir kimi xidmət göstərirmiş.