Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Nihat Məmmədli: "İstəyimə çatdığım üçün xoşbəxtəm"
"Qələbəmi Azərbaycan xalqına həsr edirəm".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli deyib.
"Şükürlər olsun ki, istəyimə çatdım. Yarışdan əvvəl özümü qızıl medal qazanmağa kökləmişdim. Finaldakı rəqibim olduqca təcrübəli idmançı idi. Buna baxmayaraq, layiqli çıxış edərək qalib gəlməyi bacardım. İnşallah, dünya çempionu olmaq mənə nəsib olar".
Qeyd edək ki, Nihat Məmmədli finalda Georgi Tibilovu (Serbiya) məğlub edərək qızıl medala sahib çıxıb. Ümumilikdə yarışı 3 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vuran yığma 151 xalla komanda hesabında birinci yeri tutub.
Anar Həsənov
"Avropa çempionatı" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov Avropa çempionatında uğur qazanmış güləşçilər və onların məşqçiləri ilə görüşüb
- Azərbaycanlı ağırlıqqaldıran Avropa çempionatında 3 medal qazanıb
- Azərbaycan millisindən kənarlaşdırılan qapıçı Xorvatiya ilə matçda da oynamayacaq
- Həsrət Cəfərov: "Sevinirəm ki, zəhmətimin bəhrəsini gördüm"
- Eldəniz Əzizli: "Peşəkar idmançı olduğum üçün rəqibin kimliyinə önəm vermirəm"