Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Kəmalə Ağazadə: “Uşaqların qohum-əqrəbası qalmaqal çıxardı”
Bir neçə gün öncə sığınacağa yerləşdirilən qaraçı uşaqlarının qohumları qalmaqal yaradıblar.
Bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
Onun sözlərinə görə, qaraçı kimi tanıdığımız roman qrupunun üzvləri böyük bir kriminal qrupdur:
“Əksəriyyəti uşaq dilənçiliyi ilə məşğuldur. Onların güclü informasiya mənbələri var. Bir az öncə müayinədən keçirtmək məqsədi ilə əməkdaşlar uşaqları xəstəxanaya aparıblar. Uşaqların qohum-əqrəbası xəstəxanada qalmaqal yaradıb. Əməkdaşlarımız dərhal Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə məlumat veriblər. Hazırda qalmaqal yaradanlar polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıblar.
Uşaqlar çox qorxublar. Uşaqların və əməkdaşlarımızın təhlükəsizliyini təmin etmək üçün Post Patrul Xidmətinin (PPX) və Çevik Polis Alayının (ÇPA) əməkdaşları onların yanındadırlar”.
Qeyd edək ki, bir neçə gün öncə səhər saatlarında metronun “20 Yanvar” stansiyasının keçidlərindən birində diləndirilən doqquz və on iki yaşlı uşaqlar sığınacağa gətirilmişdilər.
Könül Cəfərli
Rəylər