Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
:1200.jpg)
Kəmaləddin Heydərov Baba Vəziroğlunun doğum gününə nə hədiyyə edib? - AÇIQLAMA
“Məni ilk təbrik edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov oldu”.
Bunu “Qaynarinfo”ya nəğməkar şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu 70 illik yubileyindən danışarkən deyib.
Baba Vəziroğlu Kəmaləddin Heydərovun ona yubileyində etdiyi hədiyyəni də açıqlayıb:
“Ünvanıma xoş sözlər dedi. Əlbəttə, onun dilindən belə sözlərin səslənməsi məni çox sevindirdi və yubileyimə yeni mahnılar hədiyyə etdi. Vaxt tapan kimi bir araya gəlib, mahnıların üzərində işləyəcəyik. Həmin mahnıların hansı müğənnilərin ifasında səslənəcəyini müzakirə edəcəyik”.
Baba Vəziroğlu 70 illik yubileyinin dövlət səviyyəsində keçirilməməsinə də münasibət açıqlayıb:
“Təmtərağı sevmirəm. Yubileyimi evimdə qeyd elədik, bütün dostlar-tanışlar, mənə yaxın olan adamların hamısı evimdə idi. Evdə güldən addım atmaq olmur, sağ olsunlar, əziyyət çəkiblər, məni sayıblar. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, mədəniyyət naziri Adil Kərimli zəng etdilər. Adil Kərimli ilə mədəniyyətin problemlərindən danışdıq. Nazirliyin adından evimə böyük bir buket göndərildi və Mədəniyyət Nazirliyinin Fəxri Diplomu ilə təltif olundum”.
"Adil Kərimli" teqi üzrə xəbərlər
- Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ
- Adil Kərimlidən rəis TƏYİNATI
- İcra hakimiyyəti orqanlarının fevral ayında keçiriləcək vətəndaş qəbulunun CƏDVƏLİ
- Xalq artisti Firəngiz Əlizadə yenidən Bəstəkarlar İttifaqının sədri seçilib
- Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı