Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Kəmaləddin Heydərov uçqun təhlükəsi olan yerdə
Ötən gün Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi yaranıb və bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub, ərazi nəzarətə götürülərək aidiyyəti qurumlarla birlikdə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, oktyabrın 29-da səhər saatlarında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerinə gəlib. Uçqun təhlükəsi olan qaya parçalarının ərazidən götürülməsi ilə əlaqədar görülən işlərlə yerində tanış olan nazir aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, hazırda FHN aidiyyəti qurumlarla koordinasiyalı şəkildə uçqun riski olan qaya parçalarının ərazidən götürülməsi istiqamətində zəruri tədbirlər görür.
"Kəmaləddin Heydərov" teqi üzrə xəbərlər
- Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - YENİ TƏYİNATLAR
- Kəmaləddin Heydərov: "2024-cü ildə respublika üzrə 13 545 yanğın hadisəsi qeydə alınıb"
- Nazir rəisi işdən çıxardı - YENİ TƏYİNAT
- Kəmaləddin Heydərov polkovnik Şəmsəddin Əmrahovu vəzifəsindən AZAD ETDİ
- Kəmaləddin Heydərov rəisi işdən çıxardı
Rəylər