Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Qazax rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis müavini təyin olunub.
Oxu.Az Musavat.com-a istinadla xəbər verir ki, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə bu vəzifəyə mayor Kənan Yolçuyev təyin edilib.
Kənan Yolçuyev bundan əvvəl Dövlət Yanğından Mühafizə Xidmətində Yanğın Növbəsinin rəisi vəzifəsində çalışıb.

Qaynar xətt:
(055) 224 12 12