"Son illərdə 3600-dən çox təhsil müəssisəsi yenidən tikilib və ya əsaslı şəkildə təmir olunub".
Oxu.Az xəbər verir ki, bunu "Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: təcrübələr və yeni yanaşmalar" adlı elmi-praktiki beynəlxalq konfransda elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.
O bildirib ki, 1.3 milyon şagird daha rahat və müasir şəraitdə təhsil almaq imkanı əldə edib:
"400-dən çox məktəbdə metodik xidmət gücləndirilib, 2 000-dən çox məktəbdə isə monitorinq aparılıb".
Məhərrəm Əliyev