Bakıda 3 saylı İstintaq təcridxanasına mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.
Oxu.Az-ın Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə istinadən verdiyi məlumata görə, xidmət əməkdaşları tərəfindən 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan şəxs Samir Xanbala oğlu İsmayılovun yanına qısamüddətli görüşə gəlmiş atası Xanbala Hacıbala oğlu İsmayılovun gətirdiyi sovqata baxış keçirilib.
Həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində “Rulet klubnika” sözləri yazılmış kətənin içərisində gizlədilmiş 1 (bir) ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilib.
Mobil telefon müsadirə edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.