5-6 aprel 2014-cü il tarixində Azərbaycan Respublikası Kinoloqlar İttifaqı Gürcüstan Kinoloqlar Federasiyası ilə bərabər “Caucasian Trophy 2014” Kinoloji festival keçiriblər.
Sərgidə 50 müxtəlif cinsdən olan 130-dan çox it iştirak edib.
Azərbaycanda nadir: Akita-İnu, Malteze, Bişon Frize, Leonberger və d. kimi cinslər təqdim edilib.
Sərgiyə yaxın xaricdən – Rusiya, Gürcüstan və Türkiyədən 90-a yaxın iştirakçı gəlib.
Belə tədbir ilk dəfə olaraq Gəncədə keçirilib, bu isə Azərbaycanda kinologiyanın inkişafına təkan verəcək.
Sərgi aprel ayının 5-i Tiflisdə və aprelin 6-da isə Gəncədə keçirilib.
Seymur Abbas
www.oxu.az