Peşələri çox vaxt cinsə görə təsnifləşdirməyə öyrəşmişik. Elə bu səbəbdən “kişi işi” kimi tanınan peşələrdə çalışan qadınları görmək hamıya maraqlı və qeyri-adi görünür.
Baku.Tv-nin növbəti xüsusi reportajı məhz belə işlərdə çalışan qadınlara həsr olunub. Bu reportajda kişi bərbəri, ayaqqabı ustası və yol təmizləməklə məşğul olan qadınlardan söz açılıb.
Kişi bərbəri kimi çalışan 27 yaşlı Həcər bu peşəyə idmandan gəldiyini deyir. İdmanla məşğul olduğu vaxt daha çox qısa saçlara üstünlük verdiyini deyən reportaj qəhrəmanı ilk müştərisinin saçını üç saata kəsdiyini də etiraf edib.
Sözügedən süjeti təqdim edirik.