Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kiyevdə azərbaycanlı həmyerlisini öldürdü
Kiyevdə 23 yaşlı Azərbaycan vətəndaşı həmyerlisini bıçaqlayaraq öldürüb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Kiyev prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisədən sonra o, cəsədi yandırmaq istəsə də, buna nail olmayıb.
Bina sakinləri evdən kəskin qoxu gəldiyi üçün polisə müraciət edib. Mənzilə daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları qan izləri aşkarlayıblar.
Araşdırma zamanı məlum olub ki, öldürülən şəxs 22 yaşlı Azərbaycan vətəndaşıdır. Bundan başqa, onun üç gün əvvəl qətlə yetirildiyi aydınlaşıb.
Hadisədə şübhəli bilinən şəxs müşahidə kameraları vasitəsilə müəyyənləşib.
Həmçinin, qeyd edilib ki, o, cəsədi yandırmaq üçün mənzilə benzin də gətirib, ancaq istəyini reallaşdıra bilməyib.
Qətlin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar aparılır.
Hadisəni törədən azərbaycanlını yeddi ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Samir İsayev
Rəylər