Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Kolbasa və sosiskaların tərkibi dəyişəcək – VİDEO
Azərbaycanda ət məhsulları ilə bağlı standartlara dəyişiklik edilir. Milli standartlar beynəlxalq standartlara uyğunlaşdırılır.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, bunun üçün ət məhsulları istehsalçılarının xahişi ilə Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən işçi qrupu yaradılıb və milli standartlarda olan boşluqlar araşdırılıb.
Komitənin sözçüsü Fazil Talıblı bildirib ki, kolbasa və sosiskaların tərkibinə əlavələrin edilməsi onun saxlama müddətinin artmasına da səbəb olacaq.
Azərbaycanda istehsal edilən kolbasa və sosiskaların ixrac edilə biləcəyi ölkələr də məlumdur.
Standartlara edilən dəyişikliyin iyunun 15-nə kimi qəbul və tətbiq ediləcəyi gözlənilir.
S.B.
www.oxu.az