Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Komitə sədri: “15200 tələbə üçün 40 milyon manat ayrılıb”
“Dövlət büdcəsində xərclərin artırılması böhrandan çıxmaq üçün potensial imkanlar formalaşdırır”.
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
T.Mirkişili deputatlar Erkin Qədirli və Bəxtiyar Əliyevin təhsil haqlarının azaldılması barədə təkliflərinə də münasibət bildirib.
O qeyd edib ki, Nazirlər Kabinetinin təhsil haqqının ödənilməsində güzəşt edilməsi barədə qərarı var.
“Hesablamamıza görə, 15 min 200 nəfər bu dəstəkdən yararlanır. Bunun üçün isə 40 milyon manat vəsait yönəldilib”.
Millət vəkili bildirib ki, güzəştlər yalnız yaşayış səviyyəsi, maddi durumu aşağı olan şəxslərə aid edilir.
Aqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - YENİ TƏKLİF
- Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı TƏLƏB ETDİ
- COP29-la bağlı təxribat planları: Fransa Bakıdakı tədbirə niyə qarşı çıxır?
- Azərbaycanda boşananlara BƏD XƏBƏR: Aliment ARTIRILIR
- Nazir: "Məşğulluq məsələsi heç vaxt bitməyəcək"
Rəylər