Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Komitə sədri: “Azərbaycanda uşaqları kişilər doğurlar?!”
“Hansısa qeyri-hökumət təşkilatı BMT-yə alternativ hesabat kimi yazıb göndərib ki, bizdə guya 70 faiz qadın sterilizasiyadan keçirilir”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynova bildirib.
H.Hüseynovanın sözlərinə görə, bunu deyəndə ağıl yoxdur:
“Mən də onlara deyirəm ki, əgər qadınların 70 faizi sterilizasiyadan keçirsə, bizdə niyə doğum sayı azalmayıb? Bu uşaqları kişilər doğurlar?! Belə axmaq-axmaq fikirlər üzə çıxarırlar. Avropada son dövrlərdə heç uşaq dünyaya gətirmirlər. Onların statistikasına, demoqrafiyasına baxın. Baxmayaraq ki, müharibə şəraitində yaşamışıq, lakin bizdə demoqrafik vəziyyət aşağı düşməyib”.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Azərbaycandakı dini konfessiyaların rəhbərlərindən dünya ictimaiyyətinə MÜRACİƏT
- Qərbi Azərbaycan İcması Ararat Mirzoyana cavab verib
- Leyla Əliyeva 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir
- Rəsmi Bakı BMT-ni itkin düşmüş şəxslərlə bağlı Ermənistandan tam əməkdaşlıq tələb etməyə çağırıb
- Elnur Məmmədov: "Ermənistanın normallaşma prosesində əsas maneəni aradan qaldıracağını gözləyirik"