Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Komitə sədri: “Məişət zorakılığı ilə bağlı 34 kişi müraciət edib”
“Bu ilin ilk 6 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “860” dəstək xəttinə məişət zorakılığına məruz qalan 34 kişi müraciət edib”.
Oxu.Az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qurumun 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.
O qeyd edib ki, dəstək xəttinə müraciət edən qadınların sayı isə 112 olub.
B.Muradova bildirib ki, daxil olan ümumi müraciətlərin sayı 146-dır. Müraciətlərin 23,3%-i kişilər, 76,7%-i isə qadınlar tərəfindən edilib.
Könül Cəfərli
"Bahar Muradova" teqi üzrə xəbərlər
- Bahar Muradova: "Son illərdə qadınların təhsil və əmək bazarına çıxışı daha əlçatan olub"
- Bahar Muradova: "Biz təkcə zorakılığa məruz qalanla yox, həm də zorakılığı törədənlə məşğuluq"
- Bahar Muradova: "Xocalı soyqırımında əli olan hər bir şəxs ədalət məhkəməsi qarşısında dayanacaq"
- Bahar Muradova: "Biz Xocalıya qayıtdıq, Qərbi Azərbaycana da qayıdacağıq"
- Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ
Ən çox oxunanlar