Zaqatalada avtomobili konstruksiya dəyişikliyi edərək idarə edən və görüntülərini “TikTok”da paylaşan sürücü müəyyən olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, polis şöbəsinin dövlət yol polis bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin sürücü N.Qaziyev idarə etdiyi VAZ-2101 markalı nəqliyyat vasitəsi ilə şəhər ərazisində hərəkətdə olarkən saxlanılıb. Yoxlama zamanı onun sürücülük hüququ olmadan avtomobil idarə etdiyi də aşkarlanıb.
N.Qaziyevlə izahedici söhbətlər aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsi ilə protokol tərtib olunaraq cərimələnib.