Azərbaycanlıların tutulması məsələsi nəzarətdə saxlanılır.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov Publika.Az-a açıqlamasında Türkiyədə Naxçıvanın Sədərək gömrük-keçid məntəqəsinin rəisinin və iş adamlarının həbs olunmasına münasibət bildirərkən deyib.
Baş konsul bildirib ki, bu məsələ ilə birbaşa Azərbaycanın Qarsdakı baş Konsulluğu məşğul olur:
“Bu bizim ərazimizə daxil deyil. Amma məsələdən xəbərdarıq və nəzarətdə saxlayırıq”.
H.Zeynalov azərbaycanlı məmurun məsuliyyətə cəlb olunacağı təqdirdə cəzasını Türkiyədə, yoxsa Azərbaycanda çəkəcəyi məsələsinə də münasibət bildirib:
“Hələ istintaq indi başlayır, məsələ tam məlum deyil. Hər şey aydınlaşdıqdan sonra bunlar barəsində danışmaq olar. İndi hələ tezdir”- deyə baş konsulumuz qeyd edib.
Qeyd edək ki, Naxçıvanın Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidov İstanbuldan Qarsa gələndə təyyarədən endikdən sonra rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində saxlanılıb.