Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Koronavirus əlamətlərini hiss etsə də, həkimdən yayınanlar var - AÇIQLAMA
“Vətəndaşlar arasında özündə COVID-19-un əlamətlərini hiss edib həkimdən yayınanlar olur”.
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
O bildirib ki, belə hallara yol vermək olmaz:
“Həmin şəxslər xəstəliyini gizlədir və xəstəxanalara müraciət etmirlər. Bu isə ölkə daxilində koronavirusa yoluxmaların artmasına səbəb olur”.
V.Əliyev qeyd edib ki, bu, həm də koronavirusdan ölən vətəndaşların sayının artımına da təsir edir:
“Vətəndaşlardan belə hallarda mütləq həkimə müraciət etmələrini xahiş edirik. Yalnız bu halda koronavirusa yoluxma hallarının qarşısını ala və xəstəliyə qalib gələ bilərik”.
Könül Cəfərli
"COVID-19" teqi üzrə xəbərlər
- Ölümlər NİYƏ "CAVANLAŞIB"? - "İnfarkt hallarının artması təkcə viruslarla əlaqəli deyil"
- Canımızdan çıxmayan xəstəlik: NECƏ SAĞALAQ?
- COVID-19 yoluxmadan illər sonra da beyində qalır - Alimlərdən xəbərdarlıq
- Təyyar Eyvazov: "İlbəil peyvənd üçün müraciət edənlərin sayı artır"
- COVID-19-un daha bir qorxunc fəsadı üzə çıxdı
Rəylər