Koronavirus əleyhinə peyvəndə əks göstərişi olan şəxslərə tibbi arayışın verilməsi ilə bağlı məsələyə münasibət bildirilib.
Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in vətəndaşların vaksinasiya ilə bağlı suallarına cavabda bildirilib.Bildirilib ki, peyvəndə əks göstərişi olan şəxslərin xüsusi komissiyanın rəyi əsasında qeydiyyat sisteminə daxil edilməsi və onlara QR kodu olan sənədin verilməsi məsələsinə baxılır:
“Yaxın günlərdə bununla bağlı ictimaiyyətə məlumat veriləcək”.