Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Koronavirus xəstələrinin evdə müalicəsi üsulu - VİDEOREPORTAJ
Xəstəxanalarda aktiv xəstələrin sayı artdıqca, evdə müalicə alanların da sayı artır.
Baku TV xəbər verir ki, Səhiyyə Nazirliyi tərəfindən yaradılmış İşçi qrupunun üzvü Səbinə Babazadə COVID-19 virusuna yoluxmuş şəxslərin evdə müalicə alma prosesi barədə açıqlamasında bildirib ki, vətəndaş özündə narahatlıq, virusa xas əlamətlər hiss etdikdə sahə poliklinikasına müraciət etməlidir.
Testin nəticəsi məlum olduqdan sonra xəstənin evdə və ya xəstəxanada müalicə olunmasına sahə həkimi qərar verir və evdə müalicə də yalnız həkim nəzarəti altında aparılır.
Onun sözlərinə görə, tibb işçisi evdə manipulyasiya etməməlidir. Bu, infeksion nəzarət qaydalarına ziddir. Belə bir müalicə evdə yox, xəstəxanada aparılır. Həkim nəzarəti vacibdir. Təyin olunarsa, xəstə ağırlaşma hiss edərsə, bu zaman 103-ə müraciət edilməlidir.
Xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən dərman preparatları ilə təmin olunurlar. Həmin dərmanlara vitamin C, vitamin D3, maqnezium, sink, selen və parasetamol kimi preparatlar daxildir.
Adıçəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə təyin olunur. Sahə həkimləri COVID-19-a yoluxmuş, evdə müalicə alan xəstələrin vəziyyətini 14 gün ərzində gündəlik olaraq müşahidə edirlər.
Xəstəliyin gedişatında ağır simptomlar aşkar edilərsə və yoluxmuş şəxsin ümumi vəziyyətində kəskinləşmə müşahidə olunarsa, həmin xəstənin stasionar şəraitdə müalicəni davam etmək zərurəti sahə həkimi tərəfindən müəyyən edilir.
Eyni zamanda, xəstənin vəziyyətində şiddətli kəskinləşmə baş verərsə, həmin şəxs və onun yaxınları təcili tibbi yardıma 103 qısa nömrə vasitəsilə müraciət etməlidirlər.
"COVID-19" teqi üzrə xəbərlər
- Feminist "Yuva" maliyyə sxemlərinin qovşağı olub: 700 minlik oyun
- ÜST Konqoda sirli xəstəliyi araşdırır: 400-dən çox yoluxma, onlarla ölüm
- COVID-19-a qarşı daha bir vaksin hazırlanıb
- Koronavirusun beyinə necə sızdığı müəyyən edildi: Türkiyəli alimdən sensasion kəşf
- ABŞ Konqresindən sensasiyalı araşdırma: COVID-19 laboratoriyadan "qaçıb" - FAKTLAR
Rəylər