Koronavirusa yoluxan tanınmış satirik şair, jurnalist Əvəz Qurbanlının son durumu açıqlanıb.
Bu barədə jurnalistin tanışları “Facebook”da paylaşım edib.
O bildirib ki, şair danışmaqda və nəfəs almaqda çətinlik çəkir:
“Özü ilə danışdım, ciyərlərinin 60 faizində buzlaşma var”.
Qeyd edək ki, Ə.Qurbanlı Fövqəladə Hallar Nazirliyinin “Zığ” Modul Tipli Hospitalına yerləşdirilib.