Bir yaş doqquz aylıq Nuranənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Ləman Əsədova məlumat verib.
O bildirib ki, övladının müalicə üçün dəstəyə ehtiyacı var:
"Nuranə 2022-ci ilin noyabr ayında dünyaya gəlib. Doğulduğu ilk dövrlər hər şeyin qaydasında olduğunu düşünsək də, sonradan onun qaraciyərində böyümə olduğunu öyrəndik. Həkimlər bunun səbəbinin qaraciyər sirrozu ola biləcəyini dedilər".
Gənc ana övladının müalicəsi üçün Türkiyəyə yollanmalı olduqlarını deyib:
"Biz Nuranənin analizlərinin cavabını Türkiyədə yerləşən xəstəxanalardan birinə göndərdik. Həkim bəzi analizlərin əskik olduğunu və təcili müayinə üçün ora yollanmalı olduğumuzu dedi. Oradakı müayinələr üçün bizim 1 000 dollara ehtiyacımız olacağını deyiblər. Ora getmək, qalmaq xərclərini qarşılamaq üçün borc xərc tapmışıq. Amma digər məbləği tapmaq üçün maddi gücümüz yoxdur. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm. Nuranə mənim yeganə övladımdır".
Ailə ilə əlaqə: (050) 649-47-91.
Beynəlxalq Bank: 5522 0993 5719 0784.
Rəylər