Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Körpə Zəhra təcili Türkiyəyə getməlidir: Anası qızıllarını satsa da, məbləğ tamamlanmayıb - FOTO
Üç aylıq körpə Zəhranın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası İradə Abbasova məlumat verib.
O bildirib ki, övladı qaraciyər çatışmazlığından əziyyət çəkir.
"Zəhra bu ilin fevral ayında dünyaya gəlib. Hamiləliyim boyunca hər şey qaydasında olsa da, doğumdan sonra onun qaraciyər çatışmazlığından əziyyət çəkdiyini öyrəndik. Doğulan gündən müalicələrini, müayinələrini etmişik. Hazırda onun müalicəyə ehtiyacı var".
İradə Abbasova övladının müalicəsi üçün dəstəyə ehtiyacı olduqlarını deyib.
"Zəhra çox balaca olduğu üçün nə edəcəyimizi bilmirik, o bizim ilk övladımızdır. Zəhranın müayinələri üçün bizim Türkiyəyə yollanmağımızı məsləhət görürlər. Bunun üçün isə ilkin olaraq bizim 5 000 manata ehtiyacımız var. Bu məbləği toplaya bilmək üçün mən qızıllarımı 2 000 manata satmışam, 1 000 manat isə yoldaşım dost-tanışdan tapıb. Hazırda ora yollanmaq üçün 2 000 manatımız çatmır. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm. Zəhra çox balacadır, onu bu amansız xəstəliyin cənginə buraxmamağınızı sizdən xahiş edirəm".
Ailə ilə əlaqə: (099) 719-91-09.
Bank Respublika: 4244 4848 4737 7771.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Üç yaşlı Ayazın əməliyyatı üçün 700 manatı çatmır: Təcili Türkiyəyə yollanmalıdır
- Bir yaşlı Valehin dəstəyə ehtiyacı var: Ağır yanıq xəsarətləri alıb
- Beş yaşlı Nuray təcili əməliyyat olunmalıdır: Məbləğləri çatmır
- Abbasın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- Körpə Səlimin dəstəyə ehtiyacı var: Anası yardımsevər şəxslərə səslənir
Rəylər