Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![KTM ötən ay zəhərlənənlərin sayını AÇIQLADI: Üç nəfər ölüb](https://images.oxu.az/2024/10/03/LwNj6qwtJcDMiK2G8I0dIYye2m12kmeEYNkyL01M:1200.jpg)
KTM ötən ay zəhərlənənlərin sayını AÇIQLADI: Üç nəfər ölüb
Sentyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 101 nəfər qəbul edilib.
Oxu.Az xəbər verir ki, bu barədə KTM məlumat yayıb.
Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 40 nəfər dərmandan, 38 nəfər sirkə turşusundan, 9 nəfər ilan sancmasından, 4-ü fosfor üzvi birləşmələrdən, 2-si spirtli içkidən, 1 nəfər göbələkdən zəhərlənən şəxslərdir.
Həmçinin 6 nəfər allergik reaksiya, 1 nəfər isə anafilaksiya səbəbi ilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (2 nəfər kişi cinsli, 1 nəfər qadın cinsli) dünyasını dəyişib.
Ölüm halları sirkə turşusu, psixotrop dərman zəhərlənmələrindən qeydə alınıb.
"Zəhərlənmə hadisəsi" teqi üzrə xəbərlər
- Təhlükəli qida zəhərlənməsinə qarşı çarə tapıldı
- Kütləvi zəhərlənmə olduğu deyilən bağçanın müdiri polisə müraciət etdi - ARAŞDIRMA başladı
- Ağdaşda beş yaşlı uşağın həyatı termometrə görə təhlükəyə düşdü
- Uşaqlarda zəhərlənməni necə müəyyən etmək olar? - Həkimə müraciəti zəruri edən SİMPTOMLAR
- HƏYƏCAN TƏBİLİ: Spirtli içkilərdən zəhərlənib ölənlərin sayı artıb
Rəylər