Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.
Hər dəfə suda boğulanda saman çöpündən yapışan Ermənistanın əli bu dəfə də boşa çıxdı. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sərhəddə vəziyyətə qarışmayacağını bəyan etdi.
Gürcüstana hava yolu ilə gələn sərnişinlərdən PCR testi tələb olunmayacaq. Gürcüstan hökuməti bu arayışın təqdim olunması qərarını ləğv edib.
Çində baş verən daşqınlar 1 milyondan çox insana ziyan vurub. Təbii fəlakət ölkənin cənub-şərqindəki Szyansi əyalətində olub. Məlumatı “Sinxua” agentliyi daşqın və quraqlığa nəzarət üzrə regional qərargaha istinadən yayıb.
Daha ətraflı BAKU NEWS-un 17:00 buraxılışında: