Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Küçədən tapılan körpədən XƏBƏR VAR
Kliniki Tibbi Mərkəzin tabeliyindəki Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilən 14 günlük atılmış körpənin vəziyyəti yaxşılaşıb.
Bu barədə Oxu.Az-a Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, gətirilərkən vəziyyəti orta-ağır olan körpə, həkimlərimizin səyi nəticəsində sağalmaq üzrədir. Körpənin vəziyyəti tam yaxşılaşdıqdan sonra yenidən 1 saylı Körpələr Evinə qaytarılacaq.
Qeyd edək ki, Nəsimi rayonundakı yaşayış binalarından birinin giriş qapısının qarşısında tapılaraq 1 saylı Körpələr Evinə yerləşdirilən körpənin səhhətində müəyyən problemlər olduğundan o, 21 noyabr 2021-ci il tarixində 2 saylı Kliniki Uşaq Xəstəxanasına gətirilib.
Könül Cəfərli
Rəylər