Öz növbəsində “Fairmont Baku” otelinin Dövlət strukturları ilə iş departamentinin rəhbəri KİV-ə bildirib ki, bu məlumat həqiqətə uyğun deyil.
““Fairmont Baku” otelində şüşələr bütövdür və yerindədir”, - deyə, R.Əliyev vurğulayıb.
01:03
Güclü külək “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelinin şüşələrini sındırıb.
Sosial şəbəkələrdə (Disput.Az, Facebook) yayılan məlumatlara əsasən, gecə saatlarında güclü külək otelin bir neçə şüşəsini sındırıb.
Oxu.Az-ın məlumatına əsasən, otel rəsmiləri ilə əlaqə saxlamaq mümkün olmayıb.
Hal-hazırda otelə aparan yol təhlükəsizlik məqsədilə bağlanıb.
