Kür çayında bir nəfər batıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə Kür çayının Neftçala rayonu, Bankə qəsəbəsi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Rəylər