Kür çayının Yevlaxdan keçən hissəsində batan şəxsin kimliyi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, o, Bərdə rayon sakini, 1986-cı il təvəllüdlü Sənan İlham oğlu Əliyevdir.
Onun axtarışına Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Yevlax rayonunda içkili şəxs Kür çayında batıb.
Oxu.Az xəbər verir ki, hadisə çayın Yevlax şəhərindən keçən hissəsində baş verib.
İçkili vəziyyətdə olduğu bildirilən kişi çimərkən çayda batıb.
Onun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri cəlb olunub.