Şirvanda tapılan naməlum kişi meyitinin kimliyi məlum olub.
Oxu.Az-ın APA-ya istinadla xəbərinə görə, meyiti tapılan şəxs 1958-ci il təvəllüdlü Davudov Əlizamin Kərəm oğludur.
Meyitin Kür sahilində göldən tapıldığı bildirilir.
15:39
Şirvan şəhərində, Kür çayının sahilində naməlum kişi meyiti tapılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, meyit tanınmaz haldadır.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.