Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərinin ərazisində Kür çayında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 70 km aralıda, nəzarətsiz ərazidə)1 nəfərin batması barədə məlumat daxil olub.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 2000-cü il təvəllüdlü, Bayramlı Murad Hidayət oğlunun cəsədi batdığı yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 19:05-də başa çatıb.
S.B.
www.oxu.az