Kür çayının yatağında Tiflis zooparkından olan “Balu” ləqəbli ayının cəsədi tapılıb.
Oxu.Az-ın “Qruziya Onlayn”-a istinadən verdiyi məlumata görə, ayının cəsədi bu gün çayın 31-ci aviasiya zavoduna yaxın sahəsində aşkar edilib.
Məlumata əsasən, bu gün Kürdə, həmçinin Tamaz Elizbaraşvilinin özəl sığınacağına aid 3 ölü it tapılıb.
Qeyd edək ki, zooparkdan qaçmış pələngin taleyi barədə hələ də məlumat yoxdur.
Xatırladaq ki, iyunun 14-də Tiflisdə baş verən daşqından sonra Tiflis heyvanat parkının heyvanları şəhərə dağılmışdı. Onlardan bəzisi həlak olub, bəzisi tapılaraq geri qaytarılmışdı.